Krivotsyuk Visla ilə təlim-məşq toplanışına getdi

  • 21 İyun 2022 10:37
  • 34

Polşanın “Visla” klubundan ayrılması gözlənilən Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun komanda ilə birgə təlim-məşq toplanışına yollanıb. Corner.az xəbər verir ki, bu barədə Plotsk klubunun rəsmi saytı məlumat yayıb.
 
Komanda Qnevino şəhərinə təlim-məşq toplanışına yollanıb. Heyətdə yer alan 34 futbolçu arasında 23 yaşlı futbolçu da var. Doqquz gün Qnevinoda qalacaq “Visla” burada 3 yoxlama oyunu da keçirəcək.
 
Polşa təmsilçisi ilə 2023-cü ilin iyununa kimi müqaviləsi olan “Neftçi”nin sabiq müdafiəçisi komandadan ayrılmaq istəyirdi. Onun yenidən Azərbaycana qayıdacağı iddia olunurdu.