Rəcəbovdan Madriddə növbəti heç-heçə

  • 21 İyun 2022 21:04
  • 27

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünə çıxıb. Corner.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 4-cü turda qara fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gəlib. Oyun 41-ci gedişdə heç-heçə ilə yekunlaşıb 
 
Rəcəbov daha öncə Fransa təmsilçisi Alireza Firuzca və FİDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə də sülhə razılaşmışdı. O, 2-ci turda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzmuşdu.
 
Teymur hazırda 1,5 xalla Firuzcayla birgə 6-7-ci yerləri bölüşdürür.
 
İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.