Azərbaycan Yunanıstan və Niderlanda qarşı

  • 22 İyun 2022 13:00
  • 33

Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə Avropa çempionatı davam edir. Corner.az xəbər verir ki, qitə birinciliyinin son günündə sablya və şpaqa növləri üzrə komanda yarışları keçiriləcək.
 
Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova, Palina Kaspiaroviçdən ibarət Azərbaycanın sablya yığması 1/8 finalda Yunanıstan komandası ilə qarşılaşacaq.
 
Şpaqa üzrə kişilərdən ibarət komanda isə mübarizəyə 1/16 finaldan qoşulacaq. Kənan Əliyev, Ruslan Həsənov və Barat Quliyevdən ibarət heyət bu mərhələdə Niderland kollektivi ilə münasibətləri aydınlaşdıracaq.
 
Xatırladaq ki, daha əvvəl Anna Başta şəxsi yarışda qızıl medal qazanıb.