Azərbaycanlı kikboksçunun Ümumdünya Oyunlarındakı ilk rəqibi bilindi

- 7 İyul 2022 10:29
- 152
ABŞ-ın Birminqem şəhərində keçiriləcək Ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksçu Bəhram Rəcəbzadənin ilk rəqibi bəlli olub.
Federasiyadan Corner.az-a verilən məlumata görə, 91 kq-dan yuxarı çəki dəcərəsində K1 üsulu ilə çıxış edən idmançı 1/4 finalda monteneqrolu Miroslav Vuyoviçlə qarşılaşacaq.
Dünya çempionu yarımfinala adlayacağı halda, Oskar İquera (Venesuela) – Roman Şerbatyuk (Ukrayna) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Ümumdünya Oyunlarında kikboksinq yarışları 10 - 15 iyulda təşkil olunacaq.