Nəriman Abbasov UFC-də çıxış edəcək

  • 7 İyul 2022 14:23
  • 76

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov UFC-də çıxış edəcək.

Corner.az-ın məlumatına görə, bu barədə 28 yaşlı idmançı mətbuat konfransında açıqlama verib.

Yüngül çəkidə AMC “Fight Nights Global” çempionu artıq UFC ilə 5 döyüş üçün rəsmi müqavilə imzalandığını bildirib: "Burada da uğurla çıxış etmək və çempionluq uğrunda mübarizə aparmaq niyyətindəyəm".

Abbasovun sözlərinə görə, onu məsələnin maliyyət tərəfi maraqlandırmır: "UFC-də döyüşəcək ilk azərbaycanlı olmağımdan məmnunam. Və təbii ki, maksimuma nail olmaq, titul uğrunda vuruşmaq, ən yaxşı döyüşlərimi göstərmək istəyirəm".