ÇL: Azərbaycan çempionunun rəqibləri bəlli oldu

  • 7 İyul 2022 17:14
  • 54

Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

Corner.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv B yolunun 6-cı qrupunda "Mostar" (Bosniya və Herseqovina) və ilkin mərhələdə D və F qruplarının qalibi ilə görüşəcək.

Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas oyunları 25 - 30 oktyabrda keçiriləcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqası ilkin, əsas, elit və “Dördlər finalı” mərhələlərindən ibarət olacaq, mini-turnir şəklində keçiriləcək.