Azərbaycan İslamiadada növbəti medalını qazandı

  • 9 Avqust 2022 20:18
  • 63

Azərbaycan atleti Aleksis Kopello Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Corner.az xəbər verir ki, üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.
 
Nazim Babayev isə 5-ci yerlə kifayətlənib.
 
Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medaldır. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.