Şuşada keçiriləcək turnirə 150 min manat ayrıldı

  • 20 Sentyabr 2022 18:19
  • 37

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin mükafat fondu bəlli olub. Corner.az xəbər verir ki, yarışın ümumi mükafat fondu 150 min manat (88200 ABŞ dolları) təşkil edir.
 
“Shusha Chess 2022” turniri 21-24 sentyabrda keçiriləcək.