Azərbaycan tennisçisi Tiflisdən bürünclə qayıdır

  • 21 Sentyabr 2022 16:12
  • 49

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Wtt Youth Contender Tbilisi” turnirində bürünc medal qazanıb.

Federasiyadan Corner.az-a verilən məlumata görə, tennisçi 11 yaşadək idmançıların mübarizəsində 3-cü olub.

Quluzadə yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib.

15 yaşadək tennisçilərin yarışında qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə bu gün mükafatlar uğrunda mübarizə aparacaq. Eyni yaş kateqoriyasında yer alan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/16 finalda məğlub olub.

Qeyd edək ki, yarışda 18 ölkənin idmançıları iştirak edir.