IJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqladı

  • 21 Sentyabr 2022 17:55
  • 42

Beynəlxalq Cüdo Federasiyasının (IJF) Rusiya və Belarus idmançıları ilə bağlı qərarı bəlli olub. Corner.az xəbər verir ki, hər iki ölkənin cüdoçuları 2023-cü ilin yanvarınadək qurumun himayəsi altındakı yarışlarda iştirak etməyəcək.
 
Bu barədə IJF-nin İcraiyyə Komitəsi qərar çıxarıb. Məlumatı federasiyanın rəsmi saytı yayıb.