Ukraynalı futbol hakimi əsirlikdən azad edildi

  • 22 Sentyabr 2022 10:55
  • 33

Ukraynalı futbol hakimi Dmitro Kubryak Rusiya əsirliyindən azad edilib. Corner.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko sosial şəbəkə hesabında məlumat yayıb.

İxtisasca neyrocərrah olan referi digər məhbuslarla birlikdə sərbəst buraxılıb. O, müharibə zamanı Mariupol şəhərində yaralıları xilas edib.

Kubryak aprelin 12-də tutulub. 34 yaşlı hakim müharibəyədək Ukrayna 1-ci Liqasının oyunlarına təyinat alıb.