Herta'nın futbolçusunda onkoloji xəstəlik aşkarlandı

  • 22 Sentyabr 2022 18:07
  • 34

Almaniyanın "Herta" klubunun futbolçusu Jan Pol-Boetyus karyerasını məcburi dayandırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Buna səbəb 28 yaşlı yarımmüdafiəçidə onkoloji xəstəliyin aşkarlanması olub.
 
Niderlandlı futbolçu cari ilin yayında azad agent kimi "Herta"ya keçib. O, daha əvvəl "Maynts"da çıxış edib.