Azərbaycan tennisçisi Tiflisdə yarımfinala yüksəldi

  • 24 Sentyabr 2022 09:39
  • 69

Gürcüstanın paytaxtı Tiflis şəhərində yeniyetmələr arasında “WTT youth contender Tbilisi” turniri keçirilir. Corner.az xəbər verir ki, Azərbaycanın stolüstü tennisçisi Aylin Əsgərova bu turnirdə uğurla çıxış edir.
 
Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçi qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək 1/8 finala adlayıb. Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını yarımfinala yazdırıb. O, sabah finala vəsiqə uğrunda Honkonq idmançısı ilə qarşılaşacaq.
 
Bu gün yarışa qatılan daha bir tennisçimiz Arzu Aslanova isə 1/4 finalda mübarizəni dayandırıb.