Azərbaycan cüdoçuları DÇ-yə Çin yığmaları ilə birgə hazırlaşır

  • 24 Sentyabr 2022 10:56
  • 63

Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb. Corner.az xəbər verir ki, təlim-məşq toplanışında idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
 
Çinin kişilərdən və qadınlardan ibarət yığmaları da sentyabrın 9-dan Bakıdadırlar. Asiyalılar sentyabrın 30-dək Azərbaycan milli komandaları ilə birlikdə mundiala hazırlaşacaq.
 
Dünya çempionatı 6-12 oktyabrda təşkil olunacaq.