Azərbaycanlı atıcı Lissabonda 2-ci oldu

  • 24 Sentyabr 2022 22:28
  • 48

Azərbaycanlı atıcı Ruslan Lunyov Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Lapua Avropa Kubokunun final mərhələsində gümüş medal qazanıb. Corner.az xəbər verir ki, azərbaycanlı atıcı odlu tapançadan 25 metr məsafəyə atəş üzrə yarışıb.
 
Lapua Avropa Kuboku Avropa Atıcılıq Konfederasiyasına məxsusdur və qitənin qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır. Kubok il ərzində keçirilən 4 təsnifat mərhələsindən ibarətdir.
 
Ruslan Lunyov iyul ayında Estoniyanın paytaxtı Tallində keçirilən üçüncü təsnifat mərhələsində iki gümüş və bir qızıl medal qazanmışdı.
 
Qeyd edək ki, Lunyov Azərbaycan Respublikası Daxili Qoşunlarının kapitanıdır.