Yeni mövsüm öncəsi klublar üçün seminar keçirildi

  • 25 Sentyabr 2022 13:52
  • 66

Bu gün Bakı İdman Sarayında Yüksək, Birinci və İkinci liqalarda çıxış edəcək klubların nümayəndələri üçün “Futzal oyun qaydaları”na edilmiş dəyişikliklərlə bağlı seminar keçirilib. Corner.az xəbər verir ki, seminarda AFFA Hakimlər Komitəsinin üzvləri, eləcə də Azərbaycan Futzal Federasiyasının rəsmiləri iştirak edib.
 
AFFA Hakimlər Komitəsinin üzvü Anar Salmanov, eləcə də beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli dəyişikliklər barədə məluma verib, mübahisəli epizodların yer aldığı videoçarx nümayiş etdirilib, iştirakçıların suallarını cavablandırıb.