Məşhur türk tennisçi karyerasını bitirdi

  • 25 Sentyabr 2022 14:18
  • 52

Türkiyənin məşhur tennisçisi İpek Soylu karyerasını başa vurub.

Corner.az-ın məlumatına görə, 26 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

Tennisçi hansı səbəbdən karyerasını başa vurduğunu açıqlamayıb.

Qeyd edək ki, İpek Soylu “Uimbldon" turnirinin əsas mərhələsində iştirak edən ilk türkiyəli idmançıdır. Tennisçi 2014-cü ildə isveçrəli Cil Belen Tayxmanla birlikdə cütlük yarışında ABŞ Açıq çempionatının (USA Open) qalib olub.