Belçikalı velosipedçi dünya çempionu oldu

  • 25 Sentyabr 2022 14:25
  • 41

Avstraliyanın Vollonqonq şəhərində şose velosipedi üzrə dünya çempionatı başa çatıb.

Corner.az-ın məlumatına görə, 266,9 km məsafəyə qrup yarışında belçikalı Remko Evenepul bütün rəqiblərini qabaqlayaraq qızıl medalın sahibi olub 

Çempiondan 2 dəqiqə, 21 saniyə geri qalan fransalı Kristof Laport gümüş, avstraliyalı Maykl Metyus bürünc medala sahib çıxıb.