Azərbaycan karateçisi Türkiyədə beynəlxalq turnirdə finala yüksəldi

  • 25 Sentyabr 2022 14:28
  • 70

Azərbaycan təmsilçisi Fidan Teymurova Türkiyənin Kocaeli şəhərində keçirilən beynəlxalq turnirdə finala yüksəlib.

Corner.az xəbər verir ki, o, 75 ölkədən 1 078 idmançının iştirak etdiyi Karate1 Seriya A turnirində finala vəsiqə qazanıb.

Azərbaycan karateçisi bir-birinin ardınca Belçika, Misir, Türkiyə, İran və Əlcəzair idmançılarını məğlub edib. F.Teymurova qızıl medal uğrunda həlledici görüşdə Xorvatiya təmsilçisi ilə qarşılaşacaq.

Hindistan, İran, Türkiyə və Ukrayna komandalarının üzvlərini məğlub edən Osman Osmanlı (84+ kq) isə yarımfinalda uduzsa da, bürünc medal uğrunda yarışacaq.

Yarış sentyabrın 25-də başa çatacaq.