Nəbiyev cüdoçularla görüşdü

  • 25 Sentyabr 2022 14:59
  • 53

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlaşan milli komandanın məşq prosesini izləyib.

Federasiyadan Corner.az-a verilən məlumata görə, məşqçilər heyəti ACF rəhbərinə mundiala yollanacaq idmançıların hazırlıq prosesi ilə bağlı görülən işlər barədə məlumat verib.

Nəbiyev idmançılara qarşıdakı yarışda uğurlar arzulayıb və ölkəni layiqincə təmsil edəcəklərinə inandığını bildirib.

Dünya çempionatı 6-12 oktyabrda olacaq.