Azərbaycanlı tennisçi beynəlxalq turnirin qalibi oldu

  • 25 Sentyabr 2022 16:37
  • 64

Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “WTT Youth Contender Tbilisi ” turnirində bütün rəqiblərini üstələyərək, yarışın baş mükafatına layiq görülüb.

Corner.az xəbər verir ki, yarışın son günündə milli komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb. 11 yaşadək tennisçilərin turnirində Yağmur Məmmədli bütün rəqiblərinə qalib gəlib.

15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova da uğurlu çıxışını davam etdirir. Bu gün yarımfinal səddini də inamla adlayan idmançı, həlledici görüşə çıxacaq.

Yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.