İran millisinin üzvü etiraz aksiyalarını dəstəklədi

  • 26 Sentyabr 2022 12:58
  • 69

İran millisinin futbolçusu Sərdar Azmun sosial şəbəkə hesabında ölkədəki kütləvi dinc etiraz aksiyalarını dəstəkləyən paylaşım edib.

Corner.az xəbər verir ki, məlumatı GünAzTV yayıb.

Məlumatda, 27 yaşlı futbolçu paylaşımı yığmadan qovulması bahasına başa gəlsə də, etirazçılara repressiyalar qarşısında susmayacağını bildirib: “Milli komanda üzvlüyü İran qadınlarının saçının bir telinə qurban olsun. İnsanları bu rahatlıqla öldürdüyünüzə görə sizə lənət olsun".

Qeyd edək ki, 10 gündür İranda etiraz aksiyaları keçirilir. Tehran hakimiyyətini tətbiq etdiyi hicab qaydasına əməl etmədiyi üçün polislər tərəfindən 22 yaşı Mehsa Əminin qətlə yeririlib. İranın bütün şəhərlərində bu qətlə etiraz olaraq kütləvi dinc aksiyalar keçirilir.