Türkiyəli sabiq referilərdən azərbaycanlı hakimlər üçün seminar

  • 26 Sentyabr 2022 16:51
  • 59

AFFA tərəfindən Elit, I dərəcəli və İnkişaf Qrupunun hakimləri üçün seminar təşkil olunub. Corner.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan seminar sentyabrın 27-dək davam edəcək.
 
Türkiyəli mütəxəssislər Tarık Ongun, Bahattin Duran və Burcin Keskin tərəfindən keçirilən seminara AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek rəhbərlik edib.