Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

  • 26 Sentyabr 2022 16:55
  • 65

Azərbaycan millisinin sabiq sərbəst güləşçisi Əli İsayev tezliklə Mütləq Döyüş Çempionatı (UFC) ilə müqavilə imzalayacaq.

Corner.az xəbər verir ki, bu barədə jurnalist İqor Lazorin bildirib.

O, 39 yaşlı idmançının UFC ilə razılıq əldə etdiyini vurğulayıb.

Qeyd edək ki, Əli İsayev 2019-cu ildə ağır çəkidə ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan PFL Qran Prisinin qalibi olub. MMA döyüşçüsü həmin vaxtan yarışa çıxmayıb. İsayev 2009-cu ildə Azərbaycan yığmasının heyətində 120 kq məki dərəcəsində Avropa çempionu olub.