Milli futbolçu 27 yaşında intihar etdi

  • 21 Noyabr 2022 23:20
  • 46

Futbol üzrə İsveçrənin U-21 yığmasının sabiq oyunçusu Kərim Qazzetta intihar edib. Corner.az xəbər verir ki, Bosniya və Herseqovinanın “Jrinski” komandasında çıxış edən 27 yaşlı futbolçu, özünü Mostarda yaşadığı binadan atıb.
 
İsveçrənin “Servett” klubunun yetirməsi olan Qazzetta, “Vintertur”, “Lozanna” və “Ksamaks”da da forma geyinib. O, Mostar klubuna bu ilin yayında məhz “Ksamaks”dan keçmişdi.
 
İntiharın səbəbləri araşdırılır.