Azərbaycanın bədii gimnastları Tbilisidən 25 medalla qayıdır

  • 22 Noyabr 2022 12:32
  • 54

Noyabrın 19-20-də Gürcüstanın Tbilisi şəhərində keçirilən “II New Look Cup” beynəlxalq turnirində “Ocaq Sport” klubunun bədii gimnastları 11 qızıl, 9 gümüş, 5 bürünc medal qazanıblar.

Gənclər və İdman Nazirliyindən Corner.az-a verilən məlumata görə, Gülnar Rəsulzadə, Sara Atakişiyeva və Fatimə Tarverdiyeva hərəsi 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bundan başqa, Aylin Yusifli 1 qızıl, 3 gümüş, Güllüzar Şərifova 1 qızıl, 1 gümüş və 1 bürünc, Leyla Əliyeva 2 gümüş, Xəzra Qasımlı, Nərgiz Əliyeva hərəyə 1 gümüş, 1 bürünc, Fatimə Zeynalova və Salma İsmayılova gümüş, Leyla Nemakinа isə bürünc medal qazanıblar.