Şəhriyar Məmmədyarov 6-cı oldu

  • 22 Noyabr 2022 15:34
  • 49

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Champions Chess Tour" seriyasının ümumi hesabında altıncı yeri tutub. Corner.az xəbər verir ki, səkkizinci olduğu final turnirindəki çıxışı 37 yaşlı qrossmeysterə 15 xal gətirib.
 
Turun altı yarışının nəticələrinə əsasən, Şəhriyar 80,5 xal toplayıb. Beləliklə, o, Levon Aronyan (ABŞ), Arjun Eriqaysi (Hindistan), Dinq Liren (Çin) və bir çox digər iştirakçıları qabaqlayıb.
 
Norveçli dünya çempionu Maqnus Karlsen (242,5 xal) yekunda qələbəni bayram edib.
 
Polşalı Yan-Kşiştof Duda (162,5) ikinci, hindistanlı Rameşbabu Praqqnanandha (129) üçüncü olub