DÇ: Azərbaycan millisi İspaniyaya uduzdu, mübarizəni dayandırdı

  • 23 Noyabr 2022 23:55
  • 38

Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəni dayandırıb. Corner.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə üz-üzə gəlib.
 
İlk görüş 2:2 hesabı ilə başa çatsa da, ikinci qarşılaşmada rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Azərbaycan millisi mundialla vidalaşıb.
 
Dünya çempionatı noyabrın 25-də başa çatacaq.