Azərbaycan birinciliyində yarımfinalçılar bəlli oldu

  • 26 Noyabr 2022 12:25
  • 48

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub. Corner.az xəbər verir ki, 66 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 48 döyüş baş tutub.

12 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Mərhələ adlayan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər.

Yığmanın boksçularından Bilalhabaşi Nəzərov, Sübhan Babayev və Faiq Mollayev yarımfinalda döyüşmək hüququ qazanıblar.

Qeyd edək ki, çempionatın VI günündə yarımfinal döyüşləri keçiriləcək. Görüşlər saat 13:00-da başlanacaq.