Azərbaycan çempionatının vaxtı açıqlandı

  • 26 Noyabr 2022 16:52
  • 55

Dekabrın 2-də Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçiriləcək. Corner.az xəbər verir ki, 4 gün davam edəcək yarışda 400-ə yaxın cüdoçu 56 medal və çempionluq titulu uğrunda mübarizə aparacaq. 
 
Fərdi yarışlar 2-4 dekabrda, komanda yarışları isə 5 dekabrda baş tutacaq.
 
Yarış hər gün saat 10:00-da başlayacaq, final görüşləri isə saat 16:30-da keçiriləcək. Çempionatı canlı olaraq judo.az saytından izləmək mümkün olacaq.
 
Qeyd edək ki, dekabrın 3-də yarışın açılış mərasimi keçiriləcək Tədbir 16:00-da başlayacaq.