Azərbaycan şahmatçısı DÇ-da 15-ci oldu

  • 27 Noyabr 2022 13:45
  • 55

Azərbaycanın veteran şahmatçısı Fikrət Sideifzadə İtaliyada keçirilən dünya çempionatında çıxışını başa vurub. Corner.az xəbər verir ki, o, 65 yaşdan yuxarı şahmatçılar arasında yarışın sonuncu - 11-ci turunda Peter Petrana (Slovakiya) qalib gələrək xalını 7,5-ə çatdırıb.
 
Bu nəticə ilə Sideifzadə yekunda 15-ci yeri tutub.
 
Qeyd edək ki, Sideifzadə çempionatın gedişində beş qələbə qazanıb, eyni sayda oyunu heç-heçə başa vurub, bir dəfə isə məğlubiyyətlə üzləşib.