Hüseynlinin komandası liderlə heç-heçə oynadı

  • 23 Yanvar 2023 18:21
  • 39

Karyerasını Qazaxıstan “Atırau” klubunda davam etdirən Rövşən Hüseynli növbəti oyununa çıxıb. Corner.az xəbər verir ki, millimizin də qolkiperi olan Hüseynlinin komandası çempionatın lideri “Kayrat”la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Bu komandalar arasında bir gün əvvəl keçirilmiş görüşdə  isə qələbəni Almatı təmsilçisi qazanıb 4:2. Rövşən Hüseynli hər iki matçı əvəzedilmədən keçirib.

Hazırda 22 oyundan 29 xal toplayan “Atırau” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, 10 komandanın iştirak etdiyi çempionatın əsas mərhələsini ilk “səkkiz”likdə başa vuracaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq.