Teymur Rəcəbovun Moskva sınağı

  • 23 Yanvar 2023 18:25
  • 32

Sabah Rusiyanın paytaxtı Moskvada beynəlxalq şahmat turniri start götürəcək. Corner.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, yarışda həmyerlimiz Teymur Rəcəbov da mübarizə aparacaq. Turnirdə onunla yanaşı, Aleksandr Qrişuk, Sergey Karyakin, Vladislav Artemyev, Sənan Syuqirov, Katerina Laqno, Aleksandra Qoryaçkina (Rusiya), Bibisara Assaubayeva (Qazaxıstan), Fransisko Valexo Pons (İspaniya) və Sadvami Raunak (Hindistan) da iştirak edəcək. 
 
Turnirdə yanvarın 24-dən 26-dək Rapid, yanvarın 28-də  9 turdan ibarət blits yarışda birinci dövrə, 30-da isə ikinci dövrənin oyunları keçiriləcək.