Dani Alveş başqa həbsxanaya köçürülüb

  • 23 Yanvar 2023 18:51
  • 61

Cinsi təcavüzdə ittiham edilən Braziliya millisinin sabiq futbolçusu Dani Alveş başqa həbsxanaya köçürülüb.

Corner.az  "La Vanguardia" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçinin üç gündən sonra yeri dəyişdirilib.

Bildirilib ki, həbsxananın dəyişdirilməsi braziliyalı oyunçunun xeyrinə ola bilər, çünki burada ayrı kameralar var.

Qeyd edək ki, Dani Alveş yanvarın 20-də Barselona şəhərində saxlanılıb. Onun 4 ildən 12 ilədək azadlıqdan məhrum edilmək ehtimalı var.