Rəqibimiz Xorvatiyada ikinci oldu

  • 24 Yanvar 2023 10:18
  • 47

19 yaşadək futzalçılardan ibarət komandalar arasında sayca 3-cü Avropa çempionatının əsas mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Fransa yığması beynəlxalq turnirdə iştirak edib. Corner.az xəbər verir ki, Xorvatiyanın Umaq şəhərində təşkil edilən turnirdə mübarizə aparan fransızlar  4 oyun keçiriblər. İlk matçda Ukraynanın müvafiq komandası ilə 4:4 hesablı heç-heçə edən rəqibimiz daha sonra Sloveniyanı 6:2, Slovakiyanı isə 5:1 hesabı ilə məğlub edib. Onlar sonuncu matçda İtaliyanın U-19 komandasına 0:2 hesabı ilə yenilib. Yekunda 7 xal toplayan Fransa yığması ikinci pilləni tutub. Turnirin qalibi isə 9 xalla İtaliya futzalçıları olub.