Liderlərin duelində Azərreyl qələbə qazandı

  • 24 Yanvar 2023 14:44
  • 50

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü tura start verilib. Corner.az xəbər verir ki, günün ilk matçında əvvəlki iki turu itkisiz tamamlayan “Murov” və “Azərreyl” komandaları üz-üzə gəliblər.
 
Liderlərin Voleybol Mərkəzində baş tutan matçında ikincilər qalib gəliblər. “Murov”un gücü yalnız bir seti üstün tamamlamağa çatıb. Rəqibini 3:1 hesabı ilə (25:22, 25:22, 20:25, 25:20) məğlub edən “Azərreyl” 9 xalla vahid liderliyə yüksəlib. “Murov” isə 6 xalda qalıb.
 
3-cü tura saat 18:00-da başlayacaq UNEC - “Abşeron” dueli ilə yekun vurulacaq. Hər iki komandanın hazırda aktivində xal yoxdur.