Azərbaycan millisinin qran-pri üçün heyəti açıqlandı

  • 24 Yanvar 2023 16:29
  • 58

Azərbaycanın cüdo millisinin yanvarın 27-də Portuqaliyanın Almada şəhərində start götürəcək qran-pri üçün heyəti açıqlanıb. Corner.az xəbər verir ki, üç gün davam edəcək turnirdə komanda 16 idmançı ilə təmsil olunacaq.
 
Qran-pridə bütövlükdə 83 ölkədən 580 idmançı iştirak edəcək.
 
Kişilər
 
60 kq
Turan Bayramov
Nazir Talıbov
 
66 kq
Yaşar Nəcəfov
 
73 kq
Vüsal Qələndərzadə
Nurlan Osmanov
 
81 kq
Rüstəm Orucov
Elcan Hacıyev
 
90 kq
Vüqar Talıbov
 
+100 kq
Camal Qamzatxanov
 
Qadınlar
 
48 kq
Leyla Əliyeva
Könül Əliyeva
 
52 kq
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva
 
57 kq
Fidan Əlizadə
 
63 kq
Aytac Qardaşxanlı
 
70 kq
Südabə Ağayeva