Türkiyə klubunun hücumçusu dağıntılar altından sağ çıxarıldı

- 7 Fevral 2023 14:41
- 96
Türkiyədəki zəlzələ nəticəsində dağıntılar altında qalan “Hatayspor”un hücumçusu Kristian Atsu sağ olaraq qurtarılıb.
Corner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mustafa Özat məlumat yayıb.
Xatırladaq ki, “Hatayspor”da Kristian Atsudan başqa, klubun idman direktoru Taner Savut və tərcüməçi Emre dağıntılar altında qalmışdı. Atsu sağ tapılsa da, digər klub rəsmilərindən hələ də dağıntılar altındadı.