Polşa - Azərbaycan oyununun başlama saatı açıqlandı

  • 7 Fevral 2023 14:41
  • 118

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Polşa ilə keçirəcəyi oyunun vaxtı müəyyənləşib. Corner.az xəbər verir ki, qarşılaşma martın 7-də keçiriləcək Koşalin şəhərindəki idman zalında baş tutacaq.
 
Yığmamızın səfər matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.