Millimizin futbolçusu göz yaşlarına hakim ola bilmədi

  • 7 Fevral 2023 20:34
  • 95

Niderlandın I liqasında keçirilən “Villem II” – “Eyndhoven” oyunundan əvvəl Türkiyədəki zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Corner.az xəbər verir ki, ikincilərin formasını geyinən Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü sükut zamanı duyğulu anlar yaşayıb.
 
Belə ki, 25 yaşlı yarımmüdafiəçi həmin an göz yaşlarını saxlaya bilməyib. Yığmamızın üzvü qarşılaşmanı əvəzedilmədən keçirib. Oyun “Villem II”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, Niderlandda anadan olan Türkiyə əsilli futbolçu Ozan Can Kökçü ötən ildən Azərbaycanın əsas millisinə çağırılır.