Yeni Malatyaspor'un qapıçısı zəlzələdə həlak oldu

- 7 Fevral 2023 20:41
- 75
Zəlzələ nəticəsində dağıntılar altında qalan Türkiyə I Liqa təmsilçisi "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.
Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Yılmaz Vural "Show TV"yə açıqlama verib.
O, 29 yaşlı qolkiperin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.
Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 3 703 nəfər ölüb, 22 286 nəfər yaralanıb.