Türkiyə millisinin iki üzvü zəlzələnin qurbanı oldu

  • 8 Fevral 2023 10:24
  • 61

Voleybol üzrə Türkiyə milli komandasının iki üzvü zəlzələ nəticəsində dünyasını dəyişib. Corner.az xəbər verir ki, kişilərdən ibarət yığmada forma geyinən Mehmet Can Ağırbaş və Emincan Kocabaş dağıntılar altında qalaraq vəfat edib.
 
Kocabaş və Ağırbaş "Malatya Böyükşəhər Bələdiyəspor"un formasını geyinib.
 

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.