PSJ-nin prezidenti haqqında araşdırma başladı

  • 8 Fevral 2023 16:12
  • 79

Paris prokurorluğu Fransanın PSJ klubu və onun prezidenti Nasser Əl-Xələfi barədə araşdırmaya başlayıb. Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna ötən ilin dekabrında Əl-Xələfinin keçmiş müşaviri Hişam Buahiloyun şikayəti səbəb olub.
 
O bildirib ki, uzun müddət paytaxt təmsilçisində çalışsa da, maaşını “Smash” tennis akademiyası ödəyib. Lakin onun həmin akademiya ilə heç bir əlaqəsi olmayıb.
 
İstintaq klubun ofisinin yerləşdiyi Parisin 16-cı dairəsinin polis şöbəsinə həvalə edilib.