Arsenal'da iki ciddi itki

- 17 Mart 2023 15:54
- 68
Avropa Liqasının 1/8 finalında Portuqaliyanın “Sportinq” klubuna penaltilərlə uduzaraq mübarizəni dayandıran “Arsenal” iki futbolçusunu itirib.
Corner.az xəbər verir ki, London klubunun heyətində Takehiro Tomiyasu və Vilyam Saliba matçın əvvəlindəcə sıradan çıxıblar.
Zədələnən Tomiyasu 9-cu, Saliba isə 21-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.
Hələlik onların zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir. Hər iki futbolçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.