Azərbaycanlı parabadmintonçu beynəlxalq turnirdə

  • 17 May 2023 16:27
  • 82

Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Bəhreynin Manama şəhərində keçiriləcək Beynəlxalq turnirdə iştirak edəcək.

 

Corner.az xəbər verir ki, idmançı baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında yarışa qatılacaq.

 

Bu gün start götürən turnir mayın 23-də başa çatacaq.

 

Qeyd edək ki, yarış Paris--2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalı qazandırır.