AÇ-2022-nin yeni reqlamenti və təqvimi

  • 28 Oktyabr 2019 16:17
  • 61

Futzal üzrə AÇ-2022 yeni formatda keçiriləcək.

Corner.az xəbər verir ki, final mərhələsi Hollandiyada təşkil olunacaq qitə birinciliyində ilk dəfə 16 komanda mübarizə aparacaq.

Meydan sahibi Hollandiya mübarizəyə final mərhələsində qoşulacaq. Dünən başa çatan FİFA-2020-nin əsas mərhələsinin yekununa əsasən elit-raunda yüksələn 16 komanda  - Azərbaycan, Belarus, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna isə seçmə qrup mərhələsini gözləyəcəklər. Qalan komandalar yarışa ilkin mərhələdən start verəcək.

İlkin mərhələnin oyunları gələn il yanvarın 29-dan fevralın 1-dək keçiriləcək. Komandalar 9 qrupa bölünəcək. Hər qrupda 4 və ya 3 milli yer alacaq. Qrup qalibləri əsas mərhələyə birbaşa yüksələcək. Qalan 9 qrup ikincisi və üçüncü yeri tutmuş 5 ən yaxşı göstəriciyə malik komanda isə pley-off oyunlarında iştirak edəcək. Bu 14 komandadan 7-si mübarizəni növbəti mərhələdə davam etdirmək hüququ əldə edəcək. Bu mərhələnin pley-off oyunların 2020-ci ilin aprelində keçiriləcək. Görüşlər ev-səfər prinsipi ilə keçiriləcək.

Növbəti mərhələdə 32 komanda hər birində 4 iştirakçı olmaqla 8 qrupda yarışacaq. Tarixdə ilk dəfə olaraq bu mərhələnin qrup oyunları ev-səfər prinsipi ilə keçiriləcək. Yəni hər bir komanda ilə iki görüş (evdə və rəqib meydanında) baş tutacaq. 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 qrup ikincisi final mərhələsinə yüksələcək. Bu 14 komandaya Hollandiya da qoşulacaq. Son iştirakçının adı isə zəif göstəriciyə malik iki qrup ikincisinin pley-off oyunlarından sonra müəyyənləşəcək. Bu mərhələnin görüşləri 2021-ci ilin fevral, aprel və sentyabr aylarında keçiriləcək. Son iştirakçını müəyyənləşdirəcək pley-off oyunları isə 2021-ci ilin oktyabrında reallaşacaq. 

Final mərhələsi isə 2022-ci il 19 yanvar – 6 fevral tarxilərində keçiriləcək.

 

Yarışın təqvimi

24 sentyabr 2019

Evsahibi olmaq üçün müraciət

7 noyabr

Seçmə mərhələnin püşkatması

29 yanvar – 1 fevral 2020

Seçmə mərhələnin oyunları

13 feveral

Seçmə mərhələnin pley-off oyunlarının püşkatması

Aprel

Seçmə mərhələnin pley-off oyunları

14 may

Seçmə qrup mərhələsinin püşkatması

1-2 fevral, 3-4 aprel, 5-6 sentyabr 2021

Oyun günləri

Sentyabr

Pley-off-un püşkatması

Oktyabr

Pley-off oyunları

2021-in sonları

Final mərhələsinin püşkatması

19 yanvar – 6 fevral 2022

Final mərhələsi