Fariz Nəcəfov cüdoçularla görüşdü

  • 29 Oktyabr 2019 19:20
  • 61

"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov klubun cüdo bölməsinin məşqçiləri - Rail və Ramil İsmayılovlar, həmçinin cüdoçular - İmran Yusifov və Gülşən Bəşirova (hər ikisi klubun Qəbələ rayonu üzrə cüdo bölməsinin yetirməsidir) ilə görüşüb.

Corner.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Nəcəfov məşqçi və cüdoçularıı son dövrdə dünya və Avropa miqyaslı turnirlərdə qazandıqları böyük uğurlara görə təbrik edib və uğurlar arzulayıb.

Sonda görüş iştirakçılarına hədiyyələr təqdim olunub. (qol)