Markizio və həyat yoldaşına silahlı hücum

  • 30 Oktyabr 2019 15:17
  • 63

İtaliya millisi və "Yuventus"un sabiq futbolçusu Klaudio Markizio silahlı hücuma məruz qalıb.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ötən axşam 4 silahlı soyğunçu keçmiş futbolçunun evinə girib.


Cinayətkarlar Markizio və həyat yoldaşını tapança ilə hədələyiblər. Buna görə də futbolçu onlara pul və qiymətli əşyalar vermək məcburiyyətində qalıb.

Markizio soyğunla bağlı polisə məlumat verib, araşdırma aparılır.(qol)