Avropa çempionatı: Azərbaycan şahmatçılarının növbəti görüşləri başlayıb

  • 30 Oktyabr 2019 15:45
  • 48

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında VI turun qarşılaşmaları başlayıb.

Corner.az-ın məlumatına görə, kişilərdən ibarət Azərbaycan yığması bu turda Almaniya ilə, qadınlar isə Rusiya ilə üz-üzə gəlir.

Kişilər

Almaniya - Azərbaycan

Liviu-Diter Nisipyanu - Şəhriyar Məmmədyarov

Matias Blyuebaum - Arkadi Naydiç

Daniel Fridman - Rauf Məmmədov

Qeorq Meyer - Qədir Hüseynov

Qadınlar

Azərbaycan - Rusiya

Günay Məmmədzadə - Aleksandr Qoryaçkin

Ülviyyə Fətəliyeva - Katerina Laqno

Gülnar Məmmədova - Olqa Qirya

Türkan Məmmədyarova - Valentina Qunina

Qeyd edək ki, 5 turdan sonra kişilərdən ibarət komanda 7 xalla 5 - 8-ci, qadınlardan ibarət yığma isə 8 xalla 2 - 4-cü yerləri bölüşür. (report)