Avropa çempionatı: Azərbaycan - Ermənistan görüşü üçün heyətlər açıqlanıb

  • 1 Noyabr 2019 10:40
  • 50

Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatında VIII tur qarşılaşmaları üçün heyətləri açıqlanıb. 

Corner.az-ın məlumatına görə, kişilərin mübarizəsində Ermənistanla qarşılaşmada birinci lövhədə Şəhriyar Məmmədyarov Levon Aronyanla üz-üzə gələcək. 

Qadınların görüşündə isə əsas lövhədə Günay Məmmədzadə Fransa təmsilçilərindən Sofi Miyyeni sınağa çəkəcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Komandalararası Avropa çempionatı, VIII tur

1 noyabr

Kişilər

Azərbaycan - Ermənistan

Shakhriyar Mamedyarov - Levon Aronyan

Arkadi Naydiç - Qabriel Sargissyan

Qədir Hüseynov - Qrant Melkumyan

Eltac Səfərli - Arman Paşikyan

Qadınlar 

Sofi Miyye - Günay Məmmədzadə

Polen Gişar - Xanım Balacayeva

Almira Skripçenko - Ülviyyə Fətəliyeva

Nataşa Benmesba - Gülnar Məmmədova

7 turdan sonra xal durumu belədir:


Kişilər: 1. Rusiya - 12, 2 - 4. Ukrayna, İngiltərə, Almaniya - 11, 5. Sloveniya - 10, 6 - 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya - 9 xal.

Qadınlar: 1. Rusiya - 13, 2. Gürcüstan - 11, 3 - 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan - 10, 6 - 8. Fransa, İtaliya, Türkiyə - 9 xal.